Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi general-mayor Yəhya Sərii bildirib: “Məzlum Fələstin xalqını müdafiə etmək və Qəzzə zolağına edilən hücumlara cavab vermək məqsədilə Yəmən Silahlı Qüvvələri İraq islami müqaviməti ilə birlikdə hərbi əməliyyat keçirdi. Bu əməliyyatda işğal olunmuş Fələstinin cənubundakı həyati bir mövqe hədəfə alındı.”
Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi həmçinin bildirib: “Əməliyyatımız bir neçə pilotsuz təyyarə ilə həyata keçirildi və Uca Allahın lütfü ilə nəzərdə tutulan hədəf uğurla vuruldu.”
Yəhya Sərii vurğulayıb: “Yəmən Silahlı Qüvvələri İraq islami müqavimətinin mücahidləri ilə birlikdə düşmən İsrailin Qəzzə zolağındakı qardaşlarımıza qarşı cinayətlərinə cavab verməkdə davam edir.”
Sizin rəyiniz